Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son qarşılaşmaları keçirilib.
Günün ilk qarşılaşması A qrupunda yer alan “AZERRAIL” və UNEC komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində baş tutan bu oyunda “AZERRAIL” 3:0 hesabı ilə qələbə qazanıb.
Daha sonra meydana B qrupunda mübarizə aparan “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar.
Qrup mərhələsinin son qarşılaşması “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, qrup mərhələsinin nəticələrinə görə, A qrupunda “Gəncə” 6 xalla birinci, “AZERRAIL” 3 xalla qrup ikincisi olub. B qrupunda isə “Abşeron” 5 xalla qrup lideri, 4 xalla “Milli Aviasiya Akademiyası” qrup ikincisi olaraq yarımfinala yüksəliblər.
Qeyd edək ki, Noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” – “Milli Aviasiya Akademiyası” ilə, “Abşeron” isə “ AZERRAIL” komandası ilə qarşılaşacaq.
Ölkə kuboku
🏃🏼♀️➡️Qadınlar
30 oktyabr
qrupu
UNEC – “AZERRAIL” 0:3 (16:25, 5:25, 15:25)
qrupu
“Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 3:1 (12:25, 29:27, 25:17, 25:14)