Bu gün qadın voleybolçular arasında Yüksək Liqada II turun növbəti oyunu keçirilib. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib. Qarşılaşma MAA-nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun nəticəsi
Yüksək Liqa (qadınlar) Il tur
7 dekabr
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)

