Bu gün çimərlik voleybolu üzrə ölkə çempionatının yarımfinal oyunları keçirilib.
Günün ilk yarısında həm qadın, həm də kişi komandalarının qrup qarşılaşmaları baş tutub. Qrup mərhələsinin yekunlarına əsasən turnir cədvəlində ilk iki pilləni tutan klublar pley-offa yüksəliblər.
Günün ikinci yarısında keçirilən yarımfinal görüşlərindən sonra finalçıların adları bəlli olub.
Qadınların mübarizəsində “AZERRAIL-1” klubunun hər iki komandası “Milli Aviasiya Akademiyası”nın təmsilçilərinə qalib gələrək finala yüksəlib. İkinci finalçı isə “AZERRAIL-2” və “Murov Az Terminal” klublarının qarşılaşmasından sonra bəlli olub. Bu görüşlərdə “Murov Az Terminal” klubunun hər iki komandası qalib gəlib və finala yüksəlib.
Beləliklə, qadınların yarışında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “AZERRAIL-2” klubları, çempionluq üçün isə “AZERRAIL-1” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər.
Kişilərin birinciliyində isə yarımfinal oyunları daha gərgin keçib. İlk finalçının adı qızıl setdə bəlli olub. “Şəmkir” və “AZERRAIL-3” klublarının qarşılaşmasında tərəflər hərəyə bir qələbə qazanıb. Ümumi hesab bərabər olduğundan (1:1 ) “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici set 15:9 hesabı ilə “AZERRAIL-3 komandasının xeyrinə başa çatıb. Növbəti finalçı isə “AZERRAIL-2” və “AZERRAIL-1” matçında müəyyən olunub. Hər iki oyunda qalib gələn “AZERRAIL-1” klubu finala yüksəlib.
Beləliklə, üçüncü yer uğrunda “Şəmkir” – “AZERRAIL-2”, qızıl medal uğrunda isə “AZERRAIL-3” – “AZERRAIL-1” qarşılaşmaları olacaq.
Qeyd edək ki, ölkə çempionatının mükafatçıları sabah müəyyən olunacaq. Birinciliyin qalibi olacaq komandalar klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.
Yarımfinal
Qadınlar
“AZERRAIL-1” – “Milli Aviasiya Akademiyası” (2:0)
“AZERRAIL-1” – “Milli Aviasiya Akademiyası” (2:0)
“AZERRAIL-2” – “Murov Az Terminal” (0:2)
“AZERRAIL-2” – “Murov Az Terminal” (0:2)
Kişilər
“Şəmkir” – “AZERRAIL-3” (2:0)
“Şəmkir” – “AZERRAIL-3” (0:2)
Qızıl set: “Şəmkir” – “AZERRAIL-3” (9:15)
“AZERRAIL-2” – “AZERRAIL-1” (1:2)
“AZERRAIL-2” – “AZERRAIL-1” (0:2)