Azərbaycan Voleybol Federasiyasının (AVF) Prezidenti Şahin Bağırov Yeniyetmə Və Gənc Voleybolçuların Təlim-Məşq Toplanışında Olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov iyunun 24-də start götürmüş yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub. 
Görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər. 
Federasiya rəsmiləri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşq prosesini izləyib, təlim-məşq prosesinin gedişatı, həmçinin idmançıların və məşqçilərin problemləri ilə maraqlanıblar. 
Qeyd edək ki, məşqlərdə Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən olan 2008-2012-ci il təvəllüdlü 24 idmançı iştirak edir. Təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir. Ona yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların köməkçi məşqçisi Vahid Seyed Abbasi, fiziki məşqçi İraj Müqəddəm və RVK-ların (Gəncə, Oğuz, Hacıqabul) məşqçiləri kömək edirlər.

img Azərbaycan Voleybol Federasiyası