Qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2024-2025-ci illər mövsümü üzrə püşkatmanın nəticələri bəlli olub. Yüksək Liqa yarışları dairəvi sistemlə 2 dövrədən (ev-səfər) təşkil olunacaq. İki dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.
Oyunların keçirilmə vaxtı və yeri haqqında ətraflı məlumat veriləcək.

