Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edir.

17-22 dekabr tarixlərində GİN-nin Voleybol Mərkəzində baş tutan kursda Bakı RVK-nın tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər iştirak edirlər. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçir. Seminarda Milli Aviasiya Akademiyasının məşqçiləri Şixamir Qurbanov və Elmar Məhərrəmovda iştirak edirlər. Sonda iştirakçılar imtahan verəcəklər və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.